İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bunu edərsə, Azərbaycan üçün FACİƏVİ ssenari baş tutacaq - Qədir Aslandan ŞOK AÇIQLAMA

Politoloq Qədir Aslan "TV Müsavat"ın canlı efirində qonaq olub.

Musavat.com xəbər verir ki, veriliş zamanı ciddi geosiyasi təhlillər aparan ekspert Rusiya-Azərbaycan münasibətləri və bölgədə yaranan təhlükəli proseslərlə bağlı sərt açıqlamalar verib.

Politoloq bildirib ki, əgər Rusiya müəyyən addımları atsa, bu, Azərbaycan üçün faciəvi nəticələrə yol aça bilər:

“Vladimir Putin görməzdən gəlir, guya xəbəri yoxdur. Nə qədər təbliğat maşını varsa, hamısını işə salıblar. Yunan mifologiyasında cəhənnəmin qapısını qoruyan üçbaşlı itə Cerber deyirdilər. İndi bütün Cerberlər hərəkətə keçib – kim daha çox Azərbaycanı söyə bilər, kim daha ağır şəkildə təhqir edə bilər, sanki bu yarışa çıxıblar”, – deyə o vurğulayıb.

Qədir Aslanın fikrincə, bu prosesin arxasında məqsədli təzyiq kampaniyası dayanır və Azərbaycan bu basqılara qarşı siyasi iradə və milli birlik nümayiş etdirməlidir.

Politoloqun açıqlaması ilə aşağıdakı videomaterialda tanış ola bilərsiniz. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR