İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya büdcəsinə dəyişiklik: Neft-qaz gəlirləri proqnozu kəskin azaldılır

Rusiyanın 2025-ci il üçün federal büdcəsinə dəyişiklik layihəsi hazırlanıb.

Musavat.com Rusiya Dumasının saytına yerləşdirilən layihəyə istinadən xəbər verir ki, büdcədə neft-qaz sektorundan gözlənilən gəlirlərin ötən ilin payızında təsdiq edilmiş büdcə ilə müqayisədə 2,6 trilyon rubl azaldılması planlaşdırılır. Yeni büdcə layihəsində Rusiya neftinin ixrac qiyməti üzrə proqnozun bir barel üçün 69,7 dollardan 56 dollara endirilməsi, dolların məzənnəsi üzrə proqnozun yenidən nəzərdən keçirilməsi nəzərdə tutur.

Dəyişikliyə əsasən 2025-ci ildə federal büdcənin neft və qaz gəlirlərinin ÜDM-in 3,7 faizinə bərabər olmaqla 8 trilyon 317 milyard 421 milyon rubl olacağı gözlənilir. Bu, əvvəlki büdcə ilə müqayisədə 2 trilyon 619 milyard 24 milyon rubl azalma deməkdir.

Layihədə qeyd olunur ki, 2025-ci ilin yanvar-aprel aylarında qlobal xammal bazarlarında vəziyyət gözlənildiyindən daha az əlverişli olub: “Aprelin əvvəlində ABŞ-ın proteksionist tədbirlərinin elanı neft qiymətlərinin kəskin azalmasına səbəb oldu. Artan geosiyasi qeyri-sabitliyin nəticələrinin artıq reallaşan və hələ də davam edən riskləri nəzərə alınaraq, Rusiya neftinin qiymətinin trayektoriyası 69,7 dollardan 56 dollara qədər azaldılıb. Bunun fonunda rublun məzənnəsi ilə bağlı proqnoza yenidən baxılıb”.

Materiallara görə, neft üzrə faydalı qazıntıların hasilatı vergisindən daxilolmalar üzrə proqnoz 29,5 faiz - 10,68 trilyon rubldan 7,53 trilyon rubla qədər azaldılıb. Sektordan əlavə dəyər vergisindən (AIT) daxilolmalar 33 faiz - 1,88 trilyon rubldan 1,26 trilyon rubla qədər azaldılıb. Proqnozlaşdırılan NDD daxilolmalarının dəyişməsinin neftin qiymətinin, hasilat həcmlərinin və ABŞ dollarının məzənnəsinin, habelə hasilat həcmlərinin faktiki strukturunun dəyişməsi ilə əlaqədar olduğu göstərilir.

Təbii qaz üzrə faydalı qazıntıların hasilatı vergisindən daxilolmalar 1 trilyondan 907 milyard rubla ( azalma 9,96 faiz), qaz kondensatı üzrə isə 834,6 milyarddan 670,7 milyard rubla ( azalma 19,6 faiz) dəyişdirilib. Təbii qazın gömrük rüsumları da 57 milyard rubl azaldılıb. Ümumi qaz gəlirləri 9,4 faiz azaldılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

12 May 2025

BÜTÜN XƏBƏRLƏR