İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu şəhərdən də əsgər aparmaq istəyir

Qazaxıstan ərazisində yerləşən Baykonur administrasiyasının rəhbəri Ukraynadakı müharibəyə səfərbər olunanlara, eləcə də könüllülərə 260 min rubl (3530 dollar) birdəfəlik ödəmə haqqında fərman imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sənəd administrasiyanın saytında dərc olunub.

Ödənişlərin maliyyələşdirilməsinin şəhər büdcəsi hesabına həyata keçirilməsi nəzərdə tutulur. Sənədə əsasən, nağd ödənişlər “sosial dəstək tədbiri kimi” qeyd olunur.

Qeyd edək ki, Baykonur şəhəri Rusiya tərəfindən 2050-ci ilə qədər Qazaxıstandan icarəyə götürülüb və Rusiya Federasiyasının federal şəhəri statusuna malikdir. Kirayə haqqı illik 115 milyon dollardır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR