İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu ölkəyə qarşı hibrid savaşa başladı

Rusiya Finlandiya sərhədində süni şəkildə miqrasiya böhranı yaratmaq üçün hibrid müharibə taktikasından istifadə edir.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiya-Finlandiya sərhədində hibrid müharibə taktikası Rusiya və Belarusun 2021-ci ildə Polşa sərhədində miqrasiya böhranı yaratmasına bənzəyir və çox güman ki, NATO-nun sabitliyini pozmağa yönəlib:

“Daha sonra Kreml uydurma 2021-ci il böhranından istifadə edərək NATO-nu yalandan Belarusa təcavüzdə ittiham etdi. Rusiya dəfələrlə bəyan edib ki, təhlükəsizliyini təmin etmək üçün lazım bildiyi istənilən əks tədbiri görəcək”.

Qeyd olunur ki, Rusiyanın Finlandiyada miqrasiya böhranı yaratmaq cəhdi NATO ölkələrində siyasi vəziyyəti sabitsizləşdirmək üçün atılan addımlardan biridir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR