İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu gün Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə atəşə tutub

Bu gün Kiyevə edilən və nəticədə mülki şəxslərin xəsarət aldığı hücum Rusiyanın Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik və ən bahalı raketləri ilə həyata keçirilib.

“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat Ümumkrayna telemarafonunun efirində bildirib.

Onun sözlərinə görə, Kiyev vilayətinə bugünkü hücum üçün Rusiya ordusu Xəzər dənizi regionlarından strateji aviasiyadan istifadə edib.

“Həştərxan vilayətində havaya qalxan əsas raketlər X-101-dir. O, 5 500 kilometr məsafəyə uça bilir”, - o bildirib.

İqnat bildirib ki, bu gün səhər 4-dən 6-dək raket buraxılıb, onlardan ikisi hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. O, aydınlaşdırıb ki, X-101 raketi Rusiya ordusunda olan ən yüksək dəqiqliyə malik və ən bahalı raketdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR