İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılıb?

“Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəhbərliyində yaxın vaxtlarda dəyişiklik olacağı barədə məlumat Ukrayna kanalları tərəfindən yayılan saxta məlumatdır”.

Musavat.com Oxu.az-a istinadla xəbər verir ki, bu barədə dekabrın 11-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz rəsmi “Telegram” kanalında bildirib.

“Valeri Gerasimov Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi kimi öz rəsmi vəzifələrini yerinə yetirməkdə davam edir. Onun istefası üçün heç bir əsas yoxdur”, - məlumatda deyilir.

Qeyd olunur ki, Baş Qərargah rəisini yalnız Rusiya Federasiyasının prezidenti vəzifəsindən azad edə bilər, lakin Kremlin saytında müvafiq fərman yoxdur. Vurğulanır ki, Gerasimov bu yaxınlarda Rusiya Qəhrəmanlarına medalların təqdim edilməsi mərasimində iştirak edib, həmçinin Baş Qərargahın Hərbi Akademiyasının yaradılmasının 190 illiyinə həsr olunmuş mərasimdə də görüntülənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR