Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfər edəcək. Bu barədə Rusiya Telegram kanalları məlumat yayıb. Hazırda bu səfərə hazırlıq gedir. Rusiya liderinin Prezident İlham Əliyev ilə müzakirə edəcək məsələlərdən biri də Rusiya təbii qazının nəqli olacaq.
Musavat.com xəbər verir ki, Moskva və Bakı bir neçə aydır bu məsələni müzakirə edirlər və Türkiyə sövdələşmənin qarantıdır.
Qeyd edək ki, Rusiya prezidentinin Azərbaycana səfəri ilə bağlı hər hansı rəsmi məlumat açıqlanmayıb.
"TV Musavat"ın efirində sözügedən mövzu ilə bağlı maraqlı fikirlər səsləndirilib.
Daha ətraflı videoda:
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ