Onlayn ictimai-siyasi qəzet
“Rusiya ATƏT Parlament Assambleyasını (ATƏT PA) tərk etməlidir, çünki o təşkilatda ölkə üçün artıq normal iş şəraiti yoxdur”.
Bu bəyanatla bu gün LDPR lideri və Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski çıxış edib. “ATƏT Parlament Assambleyasını tərk edəcəyik. Amma bu, o demək deyil ki, biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının özündən çıxacağıq”, - Slutski bildirib .
O əlavə edib ki, ATƏT PA dialoq platformasından rusofob siyasətçilərin toplantısına çevrilib. Əgər ATƏT məkanında parlamentlərin qarşılıqlı fəaliyyət mexanizmi, viza ayrı-seçkiliyi davam edərsə, bizi eşitmək istəmirlərsə, belə bir qurumda qalmağın mənası yoxdur”,- deyə o bildirib.
Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov plenar iclasda Rusiyanın ATƏT Parlament Assambleyasından çıxmasını təklif edib. O, Rusiya nümayəndə heyətinə viza verilməsindən imtina ilə bağlı son insidenti xatırladıb. Siyasətçi onu da bildirib ki, Rusiya Xarici İşlər Nazirliyi ATƏT PA-nın Buxarestdə keçiriləcək sessiyasında iştirak etmək üçün Rusiya nümayəndə heyətinə viza verilməsinin mümkünsüzlüyü ilə bağlı Rumıniyadan xəbərdarlıq alıb.
Federasiya Şurasının sədri Valentina Matviyenko deyib ki, parlamentariləri Rusiyanın ATƏT PA-da fəaliyyətində iştirakının dayandırılması və bu quruma ödənişlərin dondurulması barədə qərar hazırlayacaqlar. O xatırladıb ki, Rusiya uzun müddətdir ATƏT PA-ya izah etməyə çalışıb ki, heç kimin milli nümayəndə heyətinin iclaslarda iştirakını məhdudlaşdırmaq hüququ yoxdur. Matviyenko hesab edir ki, Rusiyanın assambleyanın işindən kənarda qalması Avropanın təhlükəsizliyinə xələl gətirir.
Federasiya Şurasının rəhbəri əmindir ki, ATƏT bundan ancaq uduzacaq, Rusiya isə digər beynəlxalq platformalarda fəaliyyətini davam etdirəcək. O, ümid edir ki, zaman keçdikcə başa düşüləcək ki, yalnız Rusiyanın iştirakı ilə Avropada təhlükəsizlik haqqında danışmaq olar.
Yada salaq ki, Rumıniya təkcə Rusiyanın deyil, Belarusun da ATƏT Parlament Assambleyasının sessiyasında iştirakı üçün viza verməyib. “Rumıniya hakimiyyəti Rusiya nümayəndə heyətinin iyunun 29-dan iyulun 3-dək Rumıniyada keçirilən ATƏT Parlament Assambleyasının sessiyasında iştirakına icazə verməmək qərarına gəlib. Qərar həm də Belarusa yönəlib” deyə, Rumıniya XİN-in rəsmi nümayəndəsi bildirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ