İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Aİ-nin Ermənistan-Azərbaycan sərhədinə missiya göndərməsinə münasibət bildirib

Rusiya Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədinə mülki missiya göndərməsinə münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistanın təklifi ilə Aİ sərhəd missiyasının göndərilməsi ilə bağlı suala cavabında bu məlumatdan xəbərdar olduğunu bildirib.

“Anladığım qədər Avropa İttifaqında bununla bağlı formal qərar hələlik qəbul olunmayıb. Biz buna təəssüflər olsun ki, Avropa İttifaqının Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanmasına növbəti dəfə bütün vasitələrlə mane olmaq, Rusiyanın vasitəçilik səylərini məhdudlaşdırmaq cəhdi kimi baxırıq. Əlbəttə ki, bu, suveren dövlətlərin məsələsidir. Onlar öz münasibətlərini qururlar”, - Rusiya XİN sözçüsü vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR