Onlayn ictimai-siyasi qəzet
2030-cu ilə qədər Gürcüstan Abxaziya, Cənubi Osetiyanı qaytarmağı planlaşdırır. Bunu ölkənin baş naziri İrakli Kobaxidze vətəndaşları Müstəqillik Günü münasibətilə təbrik mesajında yazıb. “Bizim gürcü arzumuz 2030-cu ilə qədər abxaz və osetin qardaşlarımızla birlikdə vahid və güclü Gürcüstanda yaşamaqdır” deyə, o, sosial şəbəkə hesabından bəyan edib.
Baş nazir Tiflisin buna necə nail olacağını açıqlamayıb.
Rəsmi Tiflis dəfələrlə ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib.
Məlumdur ki, Abxaziya və Gürcüstanın konfederal dövlət çərçivəsində birləşdirilməsi ideyası hələ 2008-ci ilin avqust müharibəsindən əvvəl Moskvanın iştirakı ilə Tiflis və Suxumi arasında aparılan danışıqlarda müzakirə olunub. Bu danışıqlar Rusiya Abxaziya və Cənubi Osetiyanı müharibə nəticəsində faktiki olaraq işğal etdikdən sonra aparılıb həm də. 2008-ci ilin avqustunda Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev Cənubi Osetiya və Abxaziyanın konfederasiyaya birləşməsini təklif edib, lakin Gürcüstanın o vaxtkı prezidenti Mixail Saakaşvili bu ideyanı rədd edib. Nəticədə Rusiya separatçı regionların “müstəqilliyini” tanıyıb. Məlumatlara görə, Suxumidə separatçılar artıq narahatdırlar ki, “Rusiyanın regional siyasətində tektonik plitələr dəyişdikdə” Abxaziya Moskva və Tiflisin “böyük planının bir hissəsinə çevrilə bilər”.
Bəzi ekspertlərin fikirincə, Rusiya Ukrayna müharibəsindən salamat çıxa bilsə, qarşıdakı aylarda Gürcüstanın ərazi bütövlüyünə əvvəlki qəsd planlarında mütləq düzəliş etmək məcburiyyətində qalacaq, ən azı bunun yollarını axtaracaq. Abxaziyanın və Cənubi Osetiyanın “tanınması” hələ heç nə demək deyil, heç bir beynəlxalq hüququ olmayan kağız parçasıdır.
“Moskva Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasın qərarından geri çəkilməyəcək”. Musavat.com xəbər verir ki, Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin lenta.ru portalına belə deyib. O, Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin mümkün bərpası ilə bağlı iddiaları da şərh edib. “Bu, doğru və ya da fərziyyə ola bilər. Rusiya ilə Gürcüstan arasında münasibətlərin bərpası, yenilənməsi faktı - hər iki ölkənin marağındadır”, - Zatulin qeyd edib.
Bununla yanaşı, ermənipərəst deputat əlavə edib ki, əsas sual açıq qalır: “Gürcüstan diplomatik münasibətlərin pozulmasına səbəb olanı, daha doğrusu, Rusiyanın bu(qondarma) respublikaların müstəqil dövlət kimi tanımasını nəzərə alacaqmı?”
Yada salaq ki, Gürcüstan hakimiyyəti əvvəllər dəfələrlə bildirib ki, diplomatik münasibətlərin bərpası yalnız Gürcüstan əraziləri - Abxaziya və Cənubi Osetiya işğaldan azad edildikdən sonra baş verə bilər.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ