İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ jurnalistlərini tutub "casus" elan etdi, iki ölkə arasında diplomatik böhran çıxdı

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyada casusluqda şübhəli bilinərək saxlanılan amerikalı jurnalist, “Wall Street Journal”ın müxbiri Evan Qerşkoviçlə görüşü təmin etmək üçün hələ də çalışır. O, Moskvadakı Lefortovo həbsxanasında saxlanılır.

APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.

Qeyd olunur ki, ABŞ rəsmiləri Rusiyanın jurnalistə qarşı casusluq ittihamlarını “gülünc” adlandırıblar.

“Səfirliyimizdən heç kim onunla görüşə bilmədi. Təbii ki, biz bunun üzərində işləməyə davam edirik və onun vəziyyətini öyrənmək üçün konsulluq icazəsi alana qədər işləməyə davam edəcəyik”, - Kirbi bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR