İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ-ı Latın Amerikasından çıxarır

Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, bu ilin avqust ayınd ölkə 7,7 milyon ton taxıl ixracına nail olub.

Musavat.com-un xəbərinə görə, birliyin analitik departamentinin direktoru Yelena Tyurina “İnterfaks”a bildirib ki, bu həcm son 7 ildə bu ay üçün rekord göstərici olub və ötən ilin avqust ayı göstəricisini 32 faiz ötüb. O cümlədən buğda ixracı 6,5 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin avqust ayı ilə müqayisədə 36,6 faiz çoxdur. Lakin bu, 2021/2022-ci kənd təsərrüfatı ilinin (6,6 milyon ton) ixrac rekordu olan avqust ayı ilə müqayisədə azdır. Arpa ixracı 7 faiz artaraq 997 min tona, qarğıdalı isə təxminən 1,9 dəfə artaraq 212 min tona çatıb.

Tyurina onu da bildirib ki, cari kənd təsərrüfatı ilinin əvvəlindən (2023-cü il iyulun 1-dən) Rusiyanın dənli bitkilər ixracı 13,3 milyon ton təşkil edin ki, bu da ötən mövsümün ilin ilk iki ayı ilə müqayisədə 1,6 dəfə çoxdur (keçən mövsümdə 8,5 milyon ton). O cümlədən buğda ixracı 11 milyon ton (1,5 dəfə çox) olub. “Bu, həm də son 7 ildə ən yüksək göstəricidi”", - ekspert bildirib.

Avqustda Rusiya buğdasının ən böyük alıcısı 910 min tonla Misir olub. Lakin bu, 2022-ci ilin avqust ayı ilə müqayisədə 35 faiz azdır. İkinci yerdə Əlcəzairdir. “Bu ölkəyə tədarük təxminən 7 dəfə artaraq 610 min tona çatıb. Üçüncü yeri Türkiyə tutub - 481 min ton, lakin daşımalar 32 faiz azalıb”, - Tyurina bildirib.

Analitik mərkəzin məlumatına görə, avqustda Rusiya buğdasının ilk 5 alıcısı siyahısına Keniya (tədarüklər 12 dəfə artaraq 444 min tona çatıb) və 319 min tonun daşındığı Banqladeş də daxildir. 2022-ci ilin avqust ayında bu ölkəyə heç bir yük göndərilməmişdi.

Bazarda qiymət konyukturasından danışan Tyurina bildirib ki, Rusiya və Amerika taxılları arasında rəqabət getdikcə artır və bu, Rusiya tədarükçülərinin həmişə ABŞ-ın ixrac bazarı olan Latın Amerikası ölkələrinə yönəlməsi ilə izah oluna bilər. Onun sözlərinə görə, Rusiya daxilində orta qiymətlər 300-400 rubl azalaraq 4-cü dərəcəli buğdanın bir tonuna görə 13500 rubla düşüb: “Dollar ifadəsində istehsalçı qiyməti bir ton üçün 141 dollar təşkil edib ki, bu da bir həftə əvvəllə müqayisədə 4 faiz az, lakin mövsümün əvvəli ilə müqayisədə (1 iyul 2023-cü il tarixinə) 8 faiz çoxdur”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR