İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ABŞ-a xəbərdarlıq edib: "Özümüzü nüvə silahı ilə müdafiə etmək hüququmuz var"

“Vaşinqton Moskvanın məğlub olmasını istəyirsə, dünya qlobal münaqişə astanasındadır”.

“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev teleqramda yazıb.

O bildirib ki, Rusiya özünü istənilən vasitə ilə, o cümlədən nüvə silahı ilə müdafiə edəcək: “Əgər ABŞ Rusiyanı məğlub etmək istəyirsə, ondan bizim özümüzü bütün silahlarla, o cümlədən nüvə silahı ilə müdafiə etmək hüququmuz var”.

Xatırladaq ki, D.Medvedev daha əvvəl də Rusiyanın nüvə silahından istifadə etmək hüququnun olduğunu söyləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR