İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya 3-cü dünya müharibəsindən qorxmamalıdır”- Kadırov

 

“Rusiya 3-cü dünya müharibəsindən qorxmamalı, rus xalqının maraqlarını qorumağa davam etməlidir”.

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib.

Kadırov bununla Polşayla birbaşa toqquşmadan ehtiyat edən Rusiya Duması Müdafiə Komitəsinin üzvü Viktor Sobolevin bəyanatlarını şərh edib. Sobolevin fikrincə, bu toqquşma qlobal hərbi münaqişəyə gətirib çıxara bilər.

“Başa düşə bilmirəm: Üçüncü Dünya müharibəsindən qorxmalıyıq, yoxsa rus xalqının maraqlarını qorumalıyıq? Əgər Sobolevdən başqa kimlərsə əvvəlcədən öz düşüncələrində uduzmağa hazırlaşırsa, qoy, indidən polyaklara təslim olsunlar. Rusiya ordusunun və bütün dövlətin nüfuzunu sarsıdan avropapərəst söhbətlər aparmasınlar”, – Kadırov deyib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR