İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus qoşunları Ermənistandan ÇIXMIR - Ermənistanda güc savaşı başladı- Tural Abbaslı ilə CANLIda

Ermənistan ərazisindən Rusiya sərhədçilərinin, qoşunlarının çıxarılması müzakirə olunsa da, əksi müşahidə olunur. Bu barədə “Shan İntel” Teleqram kanalı fotofakt təqdim edib. Bildirilib ki, II Qarabağ müharibəsindən sonra Ermənistan sərhədini qoruyan Rusiya sərhədçilərinin gücləndirmə işləri apardığı görünür:

“Şəkildə “Karabzol” sərhəd zastavasında 3 il ərzində həyata keçirilən dəyişikliyi görə bilərsiniz”.

Nikol Paşinyan Ermənistanda növbədənkənar parlament seçkilərinə hazırlaşır. bu barədə Ermənistan mediasında məlumat yayılıb. Baş nazirin ölkədə, hökumət dairələrində, parlamentdə, xüsusilə də rusyönümlü şəxsləri vəzifələrdən kənarlaşdırmaq istədiyi, özünə sadiq hesab etdiyi insanları həmin vəzifələrə təyin etməyə çalışdığı qeyd olunur. Seçkilər zamanı Ermənistanın ikinci prezidenti Robert Köçəryanın şəxsən, yaxud da komandasının iştirak edə biləcəyinə dair iddialar yayılıb. Onun hazırkı proseslərlə bağlı mövqeyinin dəqiq bilinmədiyi, lakin Paşinyan hökumətinə qalib gələ biləcək yeganə müxalifət nümayəndəsi olduğu qeyd edilir.
Erməni siyasətçilər ölkənin təhlükə altında olduğunu, hazırkı hakimiyyətin R.Köçəryan və dəstəkçilərindən ehtiyat etdiyini deyirlər. Qeyd edək ki, Robert Köçəryanın oğlu Levon Köçəryan hazırda Ermənistan parlamentinin müxalifətçi deputatlarından biridir.


Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR