Onlayn ictimai-siyasi qəzet
Rusiyada səfərbərlik əmrinin icrası davam etdirilir.
Rusiya Müdafiə Nazirliyi səfərbərliyə döyüş təcrübəsinə malik şəxslərin, həmçinin ehtiyata buraxılan hərbçilərin ordu sıralarına cəlb olunacaqlarını bildirsə də, sosial şəbəkələrdə yayılan görüntülər bunun əksini göstərir.
Yayılan kadrlarda sərxoş vəziyyətdə olan çağırışçıların bir-biri ilə əlbəyaxa davaya çıxdıqları əks olunub.
Oradakı qadınlardan biri isə: “Bunlardan döyüşçü olar? Hamısı sərxoşdur”, - deyə irad bildirib.
Xatırladaq ki, sentyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib.
05 Oktyabr 2024
04 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ