Onlayn ictimai-siyasi qəzet
Rusiyalı hərbçilər döyüş əməliyyatları zamanı partlayıcı maddələri və hazır döyüş hissələrini vəhşi heyvan cəsədlərinin içinə yerləşdirərək, bunları dronlardan atmaq üçün istifadə edirlər.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Para Pax” adlı Telegram kanalı yayıb. Nəşrin dərc etdiyi kadrlarda döyüş başlığının heyvan cəsədinin iç orqanlarına parça ilə gizlədilərək yerləşdirildiyi açıq şəkildə görünür.
Ukraynanın hərbi portalı "Militarnyi" yazır ki, bu cür qeyri-adi partlayıcı üsulun tətbiqi onların vaxtında aşkarlanmasını ciddi şəkildə çətinləşdirir və Ukrayna müdafiə qüvvələri üçün əlavə təhlükə yaradır. Bu isə gözlənilməz itkilərə səbəb ola bilər.
Mənbənin məlumatına görə, Rusiya ordusu yalnız heyvan cəsədləri ilə kifayətlənmir. Eyni zamanda, ölü əsgər meyitləri və döyüş sahəsində qoyulmuş sursat və avadanlıqlar da minalanır. Bütün bunlar Ukrayna qüvvələrinə əlavə zərbə vurmaq məqsədi daşıyır.
Toğrul İSMAYIL,
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ