İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus ordusunda tanış mənzərə: əli avtomatlı əsgərləri Ukrayna tanklarına doğru yönəltdilər

Rusiyanın Gorno-Altaysk bölgəsindən edilmiş 400-dən çox şəxsə Ukraynanın işğal altındakı Kremennaya şəhərindən Svatovo istiqamətində Ukrayna mövqelərinə doğru hücum əmri verilib.

Musavat.com xəbər verir ki, bu barədə “Sota” agentliyi məlumat yayıb.

Əsgərlər sadəcə avtomat və pulemyotlarla silahlanıblar, onları minalanmış sahələrlə keçiddən sonra Ukrayna tankları gözləyir.

Qeyd edək ki, komandanlığının planları barədə informasiyanı səfərbər olanların özləri məlumat veriblər. Onların sözlərinə görə, itkilərin qeydə alınmaması üçün əsgələri əslində mövcud olmayan bir alayın tərkibinə daxil ediblər.

“Bizi 228-ci alaya ezam ediblər, amma əslində belə bir alay yoxdur. Sabah bizi tanklara, dronlara, minaatanlara qarşı pulemyotlarla qaynar nöqtəyə göndərmək istəyirlər. Biz sadəcə top yemiyik. Zəhmət olmasa, bacardığınız qədər kömək edin. Yaralanacağımız halda bizə sadəcə Promedol dərmanı verilib”, - deyə, əsgərlər danışıb

Əsgərlərin sözlərinə görə, onlar, əslində, üçüncü taborun 8-ci bölüyünə ezam olunublar, amma sənədlərə görə adları 35-ci alayın 1-ci taborunda gedir. Bu səbəbdən ehtiyat qüvvələri onları tapa bilmirlər.

“Bizi cəbhənin ortasına atıblar, artilleriyanın altında dayanmışıq”, - deyə, əsgərlər fəryad ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR