İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus jurnalistin bu sualı ABŞ spikerini şoka saldı

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkarti İsrail səfərində gözlənilməz sualdan şoka düşüb.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Qüdsdə keçirilən mətbuat konfransında Rusiyanın “RİA Novosti” agentliyini jurnalisti Vyaçeslav Tartakovski ABŞ rəsmisinə bu sualı ünvanlayıb:

“Biz bilirik ki, siz Ukraynaya indiki məhdudiyyətsiz silah tədarükünü dəstəkləmirsiniz. ABŞ-ın bununla bağlı siyasətinin yaxın gələcəkdə dəyişməsi mümkündürmü?"

Kevin Makkarti rus jurnalistin bu sualından çaşqınlığını gizlətməyib, hətta olduqca qəzəblənib.

O, Ukraynaya yardımı dəstəklədiyini, Rusiyanın Ukraynaya etdiklərini, o cümlədən uşaqların və mülki şəxslərin öldürməsini qınadığını bildirib.

"Düşünürəm ki, siz ordunuzu dərhal Ukraynadan geri çəkməlisiniz", -deyə Makkarti əlavə edib.

Qeyd edək ki, Makkarti həqiqətən də, nitqlərinin birində "Ukraynanı qarşılıqsız çek ödəməyəcəyini” deyib. Lakin onun “Ukraynanı dəstəkləmədiyini və ABŞ-ın Ukraynaya yardım etməsinə qarşı olduğunu” deməsi” Vyaçeslav Tartakovsikinin fantaziyasının məhsuulu kimi qiymətləndirilib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR