Onlayn ictimai-siyasi qəzet
Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan Ukraynaya hərbi qüvvə göndərilməsinin yolverilməz olduğunu bildirib.
O, bu fikirləri Avropanın nüfuzlu nəşri "Politico"ya verdiyi müsahibəsində səsləndirib.
Musavat.com xəbər verir ki, Dan Rumıniya-Rusiya münasibətlərindəki mövcud gərginliyi nəzərə alaraq bu addımın təhlükəli olduğunu deyib.
Dan həmçinin Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə kompromislərə getməsini sərt tənqid edib. Onun fikrincə, Ukraynaya dair bütün qərarlar məhz ukraynalıların iştirakı ilə qəbul olunmalıdır.
Yeni prezident eyni zamanda yaxın zamanda Ukraynada sülhün əldə olunacağına inanmadığını da bildirib.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ