İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniyada seçki - 14 şəxs prezident olmaq istəyir

Rumıniyada prezident seçkiləri keçirilir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dövlət başçısı postu uğrunda 14 namizəd mübarizə aparır.

Əgər birinci turda heç bir namizəd səs çoxluğu qazanmasa, ikinci tur dekabrın 8-nə təyin ediləcək.

Seçkiqabağı sorğuların nəticələrinə görə, Rumıniyanın hazırkı baş naziri və Sosial Demokrat Partiyasının (PSD) rəhbəri Marsel Çiolaku ən populyardır. Onun ən gözə çarpan rəqibi ifrat sağçı təmsilçi Corce Simiondur. O, millətçi baxışlara sadiqdir. Simion Avropa mediasına müsahibələrində İtaliyanın baş naziri Corciya Meloni və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı öz kumirləri adlandırıb. Moldova və Ukrayna Simionu “persona non qrata” elan edib və onun öz ərazilərinə girişini qadağan edib.

Bu iki liderdən başqa, “Rumıniyanın qurtuluşu uğrunda birlik” partiyasının rəhbəri Yelena Laskoni, NATO baş katibinin keçmiş müavini Mirça Coana, keçmiş müdafiə naziri general Nikolaye Çuke və digər siyasətçilər prezidentlik uğrunda mübarizə aparırlar.

Səsvermə hüququna malik 19 milyondan çox Rumıniya vətəndaşının təxminən bir milyonu xaricdədir. Xaricdə səsvermə hüququ olan rumınların əksəriyyəti Moldova, Almaniya, İtaliya, İspaniya və ABŞ-də yaşayır. Xaricdə səsvermə noyabrın 22-də başlayıb və bazar günü səhərə qədər 222 mindən çox seçici səs verib.

Xaricdə ən çox seçki məntəqəsi İtaliya, İspaniya və Böyük Britaniyada yerləşir (hər birində 100-dən çox seçki məntəqəsi). ABŞ-də 48 seçki məntəqəsi var. Üç seçki məntəqəsi Çində, ikisi Rusiyada - Moskvadakı səfirlik və Sankt-Peterburqdakı baş konsulluqda fəaliyyət göstərəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR