İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya səfiri afrikalılara meymun deyib

Ermənistandakı səfir isə yəhudilərə sataşmışdı

Rumıniya Keniyadakı səfirini geri çağırıb. Niyə? Səfir afrikalıları meymunla müqayisə edib.

Səfir Draqos Tiqau aprelin 26-da Keniyanın paytaxtı Nayrobidə BMT-nin binasında keçirilən görüş zamanı belə bir xətaya yol verib.

“Agence France-Presse” xəbər agentliyinin məlumatına görə, cənab Tiqau çıxışı zamanı pəncərəyə tərəf boylanır. Bu vaxt bir meymun görür. Cənab səfir meymunun görünməsinə belə reaksiya verir: "Afrika qrupu da bizə qoşuldu".

Sonra Afrika ölkələrinin nümayəndələri bu insidentə görə Rumıniya səfirinin üzr istəməsini tələn ediblər. Qalmaqal getdikcə daha da böyüyüb. Axırda Rumıniya dövləti səfiri geri çağırmalı olub.

Bu olay barədə “BBC” xəbər yayıb. “BBC” bilidirir ki, Keniya hökuməti cənab Tiqaunun geri çağırılması qərarını hələ şərh etməyib.

Rumıniya mediası səfirin davranışını tənqid edir və deyir ki, rumıniyalı diplomatlar əvvəllər də təhqiramiz ifadələr işlədiblər. Belə ki, 2014-cü ildə Rumıniyanın Ermənistandakı səfiri yəhudi bosslar haqqında antisemit xarakterli zarafatlar edib və eynicinsli adamların intim münasibətlərinə rişxənd edib və onların əxlaqını şübhə altına alıb. Elə buna görə də diplomat geri çağırılıb.

Növbəti il isə rəsmi Buxarestin Parisdəki səfirliyindəki qəbula dəvətlə bağlı qalmaqal yaşanmışdı. Belə ki, bəzi dəvət olunan şəxslər haqqında nalayiq ifadələrə yer verilmişdi. Onlar "qorxulu" və "arzuolunmaz" şəxs kimi təqdim olunmuşdu...

Elbəyi Həsənli. Sürix
https://www.bbc.com/news/world-africa-65867104

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR