Onlayn ictimai-siyasi qəzet
Rumıniyanın Keniyadakı səfiri Draqos Viorel Cigau afrikalıları meymunlarla müqayisə etdiyi üçün vəzifəsindən eri çağırılacaq.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, insident aprel ayında BMT-nin Nayrobidəki ofisində səfirlə Şərqi Avropa diplomatları arasında görüş zamanı baş verib. Yaxınlıqda bir meymunu görən Sigeu deyib: "Afrika qrupu da bizə qoşuldu".
Hadisədən sonra Keniya nümayəndələri sözünə izahat verməsi üçün səfirə müraciət ediblər. Onlar qarşılıqlı hörmət mühitinin və diplomatik sferanın yaradılmasının vacibliyi vurğulayıblar və belə halların həlli üçün müvafiq tədbirlərin görülməsinə çağırıblar.
Rumıniya hökumət öz səfirinin irqçi çıxışına görə onu geri çağırmağa məcbur qalıb.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ