İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ruki vverx!” qrupunun keçmiş musiqiçisi öldürülüb

“Ruki vverx!” qrupunun keçmiş üzvü öldürülüb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə məlumata mediaya mərhumun atası verib.

63 yaşlı Dmitri Kapırinin sözlərinə görə, oktyabrın 5-də oğlunun Kuntsevodakı mənzilinə girib və dəhşətli bir mənzərə görüb - musiqiçi öz evində, qan gölündə və başı yarılmış halda döşəmədə uzanmış halda olub. Onun bədənində çoxsaylı döyülmə izləri aşkar edilib.

Kapırin deyib ki, onun oğlunun sadəcə öldürülməyib, mərhumun evi qarətə məruz qalıb, onun pulu, bəzi avadanlıqları, o cümlədən bahalı iPhone telefonu götürülüb.

Sintezator ifaçısının atası aydınlaşdırıb ki, oğlu ölümündən bir müddət əvvəl müəyyən şəxslərlə ciddi qarşıdurmada olub. Naməlum şəxslər 36 yaşlı musiqiçini qorxutmaq istəyirmişlər.

Qətl işi üzrə təhqiqat aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR