Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan və hitmaker Murad Arifin birgə təqdim etdiyi "Bumeranq" adlı yeni musiqi layihəsi son günlərdə böyük maraq doğurub.
Musavat.com xəbər verir ki, bu əməkdaşlıq onların əvvəlki uğurlu işlərinin davamıdır və mövsümünün trend mahnılarından biridir.
Röya Ayxan və Murad Arifin birgə təqdim etdiyi "Bumeranq" adlı mahnı "YouTube" platformasında 1 milyon baxış sayını keçib və hazırda trend videolar siyahısında 16-cı yerdə qərarlaşıb.
Bu uğur mahnının sosial mediada, xüsusilə TikTok platformasında geniş rezonans doğurması ilə əlaqədardır. Mahnının tizeri sənətçilərin TikTok hesablarında yayımlandıqdan dərhal sonra sosial media istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb və bir neçə gün ərzində yüzlərlə video çəkilib. Bu da "Bumeranq"ın TikTok platformasında sürətlə trendə çevrilməsinə səbəb olub.
Mahnının söz və musiqisi Murad Arifə məxsusdur, klipin rejissoru isə Emin Muradovdur. Klipdə Röya və Murad Arif 4 fərqli obrazda kamera qarşısına keçib, bu da layihəyə xüsusi rəng qatıb. Stilist kimi Türkiyədən dəvət edilən Tarık Gül çalışıb.
Könül
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ