Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan ordusunun missiyası ölkənin beynəlxalq səviyyədə tanınan sərhədlərindən kənarda müharibə aparmaq deyil, yalnız ölkəni qorumaqdır.
Musavat.com xəbər verir ki, Parlamentdə çıxışı zamanı Paşinyan bildirib:
“Ermənistan ordusunun vəzifəsi yalnız ölkənin suveren ərazisinin müdafiəsidir. Biz ‘döyüş qabiliyyətli ordu’ anlayışını gündəlik leksikonda ‘müdafiə qabiliyyətli ordu’ anlayışı ilə əvəz etməliyik".
Onun sözlərinə görə:
Ermənistan ordusunun məqsədi hücum yox, müdafiədir;
Ordu yalnız ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşların təhlükəsizliyini qorumaq üçün fəaliyyət göstərməlidir;
Hər bir dövlət beynəlxalq hüquqa əsasən öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.
Paşinyan vurğulayıb ki, bu yanaşma Ermənistanın yeni təhlükəsizlik konsepsiyasının əsas hissəsidir və ordunun regionda hərbi münaqişələrə müdaxilə etməməsi prinsipinə əsaslanır.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ