İnsanlara hürriyət, millətlərə istiqlal!

Röya Elnarənin paxırını AÇDI: “Məni “Instagram”da...” – FOTO

Xalq artisti Röya Ayxan qalmaqal yaşadığı həmkarı Elnarə Xəlilova ilə bağlı paylaşım edib.

Sənətçi sosial şəbəkə hesabında Elnarənin "Ay uzun saç, qara göz, ağıllı kuklam mənim" mahnısına çəkdirdiyi klipdən bir hissəni yayımlayıb.

Xəlilovanı yeni klipi münasibəti ilə təbrik edən Xalq artisti atmacasından qalmayıb. Röya "Instagram"da Elnarənin adını işarələmək istəsə də, qarşı tərəfin onu qara siyahıya atdığını bildirib:

"Əzizim, nə gözəl alınıb. Məni uşaqlığıma qaytardığın üçün təşəkkürlər. Çox bəyəndim. Səni "tag" (işarələmək - red.) edəcəkdim, "bloka" (qara siyahı - red.) atdığın üçün olmadı".

Qeyd edək ki, Elnarə sonuncu müsahibəsində "Röyanın nömrəsi məndə yoxdur. Son dəfə Röya ilə 3 il əvvəl danışmışıq" sözlərini dilə gətirib./bizim.media

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR