İnsanlara hürriyət, millətlərə istiqlal!

Roqozindən Ukraynada aparılan savaşa yeni bəhanə

Ukraynanın işğal olunmuş Zaporojye vilayətindən “senator” elan edilən, ultramillətçi görüşləri ilə tanınan Dmitri Roqozin Ukrayna ilə müharibənin başqa bir səbəbini tapıb.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə status paylaşıb.

Roqozinə görə, Ukraynaya müdaxilənin səbəblərindən biri də sən demə, onların Milad bayramını yeni üslubda qeyd etməyi olubmuş.

“Düşmənimiz pravoslav inancından dönmüş katolik polyaklar və azğın canavarlarla birlikdə dekabrın 25-də Milad bayramını qeyd edir. Bu o deməkdir ki, Haqq və Tanrı bizim tərəfimizdədir.

Torpaqlarımızı mürtədlərdən, işbirlikçilərdən və atalarımızın İnamına və Xatirinə xəyanətkarlardan azad edəndə hamımız bir-birimizi əvvəlki kimi - bu gün, yanvarın 7-də Milad bayramı münasibətilə təbrik edəcəyik”, - deyə Roqozin qeyd edib.

Qeyd edək ki, Milad bayramının dekabrın 25-dən yanvarın 7-nə qədər keçirilməsi haqqında qanun Volodimir Zelenski tərəfindən 2023-cü ilin yayında imzalanıb.

Xatırladaq ki, bir il əvvəl Sankt-Peterburqun qubernatoru Aleksandr Belov Ukraynaya qarşı işğalçı savaşı daha bir qəribə səbəblə izah edib. Onun sözlərinə görə, Ukraynada “M” və “F” üçün ümumi tualetlərin olması buna şərait yaradıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR