Onlayn ictimai-siyasi qəzet
Rusiyalı şovinist siyasətçi və özünü “səhra komandiri” kimi təqdim edən Dmitri Roqozin bloqunda Ukraynanın kimyəvi silahları ilə bağlı məlumat yayıb və bunu “etibarlı məlumat” elan edib.
Musavat.com xəbər verir ki, bu fotoşəkilin orijinal mənbəyinin özü kimyəvi silahlardan danışmır, sadəcə əllərdəki ümumi termal yanıqdan bəhs edir.
Əslində, əsgərin yanmış əllərinin bu fotosu ilk olaraq martın 11-də rus hərbi həkiminin kanalında peyda olub.
Onun sözlərinə görə, xəsarət alan əsgərin “hər iki əlində 4% 2-3 dərəcə istilik alovu yanığı var”. Həmin hərbi həkim müharibə şəraitində bu cür yanıqların normal olduğunu deyib.
Lakin görünür, “Roskosmos”un keçmiş rəhbəri bunu ayrı cür qələmə verməyə çalışıb. Roqozinlə yanaşı, Aleksandr Qarmayev və Anastasiya Kaşevarova kimi rusiyalı “müharibə müxbirləri” də kimyəvi silah daşıyan pilotsuz təyyarələrlə bağlı şayiələr yayıblar.
Musavat.com
14 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ