İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldunun posteri "Old Trafford" stadionundan götürülüb - VİDEO

İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldunun nəhəng posteri "Old Trafford" stadionundan götürülüb.

"Report" xəbər verir ki, plakat arenanın şərq stendində, "qırmızı şeytanlar"ən əfsanəvi baş məşqçiisi Mett Basbinin heykəlinin arxasında yerləşirdi.

Portuqaliyalı hücumçu daha əvvəl qalmaqallı müsahibəsində klub rəhbərliyini tənqid etmiş, həmçinin baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini bildirmişdi.

Qeyd edək ki, Kriştianu Ronaldo bu mövsüm mankunyanların heyətində Premyer Liqa və UEFA Avropa Liqasında 16 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. 37 yaşlı forvard 2003 - 2009-cu illərdə də İngiltərə klubunun formasını geyinib. O, 2021-ci ilin yayında İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR