İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun suyunu bulandırdılar - Futbolçunun su biznesi antireklamla üzləşib

Məşhur futbolçu Kriştiano Ronaldo yeni biznesə başlayıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, “Əl-Nasr”ın və Portuqaliya milli futbol komandasının hücumçusu URSU9 adlı mineral su xəttinin istifadəyə verildiyini açıqlayıb.

Marketinq kampaniyası çərçivəsində suyun istehlakçının sağlamlığına müsbət təsir etdiyi iddia edilib. İstehsalçılar və futbolçu suyun qələvi olduğunu və pH-nın 9 olduğunu iddia edib.

Lakin “El Comidista” qida saytına görə, bu doğru deyil.

Bundan əlavə, bu mineral suyun antioksidant olduğu bildirilib, lakin sayt yazıb ki, suyun antioksidant xüsusiyyətləri yoxdur və elmi təcrübələrdə digər məhsulların oksidləşmə qabiliyyətini ölçmək üçün  istifadə olunur.

Həmçinin suyun İspaniyanın Avila şəhərində istehsal olunduğu və xarici təsirlərə, müxtəlif çirklənmələrə məruz qalmadığl irəli sürülüb. "El Comidista" yazır ki, URSU-nun Avila ərazisində heç bir quyusu yoxdur və su böyük ehtimalla Portuqaliyada istehsal olunur.

"Qeyd olunur ki, İspaniyada məhsulun istehlakçının sağlamlığına müsbət təsiri barədə yalan iddiaların istifadəsini məhdudlaşdıran qanunlar yoxdur, ona görə də bu mineral suyun istehsalçıları bundan yararlanıblar", - Sports.ru yazır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR