İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldonun oğlu millidə parladı: İlk qolu ilə gündəm oldu - VİDEO

Beşqat “Qızıl top” mükafatı sahibi Kriştiano Ronaldonun oğlu Kriştiano Juniyor Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət milli komandasında debüt qolunu vurub.

Musavat.com xəbər verir ki, o, bu uğura Xorvatiyada keçirilən turnirdə imza atıb. 40 yaşlı hücumçunun oğlu meydan sahiblərinə qarşı oyunda hesabı açıb.

14 yaşlı Kriştiano Juniyor hazırda atasının çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun akademiyasında məşq edir.

Kriştiano Ronaldo isə 2023-cü ildən “Əl-Nəsr”in əsas komandasında çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyununda başa çatır. Mövsüm ərzində Ronaldo 25 oyuna çıxaraq 23 qol vurub və 4 məhsuldar ötürmə edib. O, rəsmi oyunlarda 900 qol həddini keçən ilk futbolçu olub. Portuqaliyalı hücumçu 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR