İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo bu hərəkətinə görə azarkeşdən üzr istədi - VİDEO

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştiano Ronaldo "Everton"la Premyer Liqa matçından sonra sındırdığı telefona görə azarkeşdən üzr istəyib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu şəxsi instaqramında yazıb.

"Qırmızı şeytanlar"ın 0:1 hesabı ilə yenildiyi səfər qarşılaşmasının ardından Ronaldo paltardəyişmə otağına yollandığı vaxt azarkeşin əlindən vuraraq, telefonunu yerə salıb. Portuqaliyalı forvard belə anlarda emosiyalara hakim olmağın heç də həmişə asan olmadığını bildirib:

"Bununla belə, biz hər zaman hörmət, dözüm nümayiş etdirməli, gözəl oyunumuzu sevən gənclərə nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyir, ədalət və idman prinsiplərinə sədaqət əlaməti olaraq, mümkündürsə, həmin azarkeşi "Old Trafford" stadionundakı oyunumuza baxmağa dəvət edirəm".

Hazırda "Mançester Yunayted" 31 oyundan 51 xalla 7-ci pillədə gedir. Növbəti oyun aprelin 16-da evdə "Norviç"ə qarşı olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR