İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronaldo azarkeşin hücumuna məruz qalıb, zədələnib

 Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo 2024-cü il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovina ilə oyun zamanı azarkeşin hücumuna məruz qalıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, matçın birinci hissəsinin sonunda hesab portuqalların xeyrinə 4:0  olan zaman bir azarkeş meydançaya telefonla qaçaraq künc bayrağından çox da uzaq olmayan Ronaldonun üstünə şığıyıb. Mühafizəçilər cəld müdaxilə edərək fanatı portuqaliyalının yanından uzaqlaşdırıblar. Eyni zamanda, dava zamanı kimsə Kriştianonun ayağına basıb. O, axsayıb və sonra dəyişdirilib.

Oyun Portuqaliya milli komandasının xeyrinə 5:0 hesabı ilə başa çatıb. Qaliblərin qollarını Kriştiano Ronaldo (dubl), Bruno Fernandes, Joao Kanselo və Joao Feliks vurublar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR