İnsanlara hürriyət, millətlərə istiqlal!

PRoMete uzun fasilədən sonra yeni trekini təqdim etdi

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) bir illik fasilədən sonra “Saniyələrin səsi” adlı yeni trekini təqdim edib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi repçinin özünə məxsus olan bu əsər onun doğum günündə dinləyicilərin ixtiyarına verilib.

O bildirib ki, bu trek həm onun özü, həm də musiqisini sevənlər üçün bir hədiyyədir. 39 yaşını qeyd edən PRoMete qarşıdakı dövrdə 40-a yaxın mahnı təqdim etməyi planlaşdırır.

“Bağışlayın ki, davamiyyəti pozmuşdum. Bundan sonra bu bir müddət əksinə olacaq. Təxminən 9-10 gündən bir yeni trek buraxacağam. Arada böyük məsafə hiss etsəniz, bilin ki, o məsafənin dalınca birdən-birə bir neçə iş gələcək”, - deyə sənətçi bildirib.

Qeyd edək ki, “Saniyələrin səsi” adlı trek artıq PRoMetenin rəsmi yutub kanalında və bütün musiqi platformalarında yayımlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR