İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma papası Rusiyaya “böyük” dedi, Ukrayna asi düşdü

Ukrayna hakimiyyəti, o cümlədən ölkənin Xarici İşlər Nazirliyinin nümayəndələri Roma papası Fransiskin Sankt-Peterburqda katolik gənclərinin ümumölkə toplantısında videomüraciətində Rusiyanın əzəməti haqqında dediyi sözləri pisləyiblər.

Musavat.com xəbər verir ki, bu barədə “The Hill” portalı yazıb.

Bildirilir ki, pontifik öz müraciətində deyib: “İrsinizi unutmayın, siz böyük Rusiyanın, müqəddəslərin və hökmdararın böyük ölkəsinin nəsillərisiniz”. O, videomüraciətində I Pyotr və II Yekaterinadan bəhs edib.

Papa həmçinin qeyd edib ki, Rusiya həmişə öz mədəniyyəti və insanlığı ilə məşhur olub.

Portal yazır ki, din xadiminin müraciəti Ukraynada böyük tənqidlərə səbəb olub.

Xüsusilə, Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bunu sərt şəkildə “imperializm təbliğatı” adlandırıb.

Nikolenko qeyd edib ki, Kreml də Ukraynadakı hərəkətlərinə “böyük Ana Rusiya”nın xilası ilə bağlı bu cür imperialist təbliğatla haqq qazandırır.

Ukrayna Yunan katolik kilsəsinin rəhbəri Svyatoslav Şevçuk deyib ki, o, Fransiskin çıxışını “böyük ağrı və narahatlıqla” qarşılayıb. Onun sözlərinə görə, Fransiskin I Pyotr və II Yekaterina haqqında dedikləri “imperializmin və ifrat rus millətçiliyinin ən pis nümunəsidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR