İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası Qarabağdakı humanitar vəziyyətdən narahatlığını İFADƏ ETDİ

Bazar günü Papa Fransisk bütün tərəfləri "xalqın xeyrinə sülh yolu ilə həll yolları" tapmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, Cənubi Qafqazda Laçın dəhlizindəki vəziyyətdən narahat olduğunu bildirib.

"Mən insanların qış mövsümündə daha da çətin təhlükələr yaradan ağır humanitar vəziyyətindən narahatam",-deyə Papa Fransisk bildirib.

P.S. Papa Fransisk Xocalıya görə bəyanat verməlidir, 1-ci Qarabağ müharibəsində itkin düşən 4 mindən çox vətəndaşımızın taleyinə aydınlıq gətirilməsini tələb etməlidir. Qərbin keşişi də, siyasətçisi də ikiüzlüdür. Halalca torplaqlarımızdakı özbaşınalıqlara sivil qaydada etdiyimiz etirazları belə görməzdən gələrək saxta bəyanatlar verirlər. Ukraynanı işğal edən Rus Ukraynada qatil kimi qələmə verilir, Azərbaycana çatanda isə az qala "sülh qoruyucusu" kimi qələmə verilir. Vətən Müharibəsində Xankəndiyə girib iki güllə atmış olsaydıq bunlar bizi soyqırımda ittiham edib müharibə qatili kimi qələmə, eyni zamanda Haqa məhkəməsinə verərdilər. Bunların ədalət dediyi şey özlərinin iyrənc və cılız maraqlarıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR