İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası İsveçdə Quranın yandırılmasına hiddətlənib

Roma Papası Fransisk İsveçin paytaxtı Stokholmda Quranın yandırılmasından hiddətləndiyini bildirib.

Musavat.com xəbər verir ki, o, təəssüratlarını Əmirliyin “Əl İttihad” qəzetinin baş redaktoru Həməd əl-Kaabiyə müsahibəsində danışıb.

Fransisk Quranın yandırılmasını hədsiz bir hərəkət hesab etdiyini vurğulayıb. Papa əmindir ki, insanlar üçün müqəddəs olan istənilən kitaba lazımi hörmətlə yanaşmaq lazımdır.

“Mən qəzəblənirəm, belə hərəkətlərdən iyrənirəm. Xalqın müqəddəs saydığı hər hansı kitaba, möminlərə hörmətlə yanaşılmalıdır. Söz azadlığı heç vaxt başqalarını təhqir etmək üçün bəhanə kimi istifadə edilməməlidir”, - pontifik bildirib.

Xatırladaq ki, iyunun 28-də Stokholm polisi Qurban bayramında etirazçılara məscidin qarşısında Quran yandırmağa icazə verib. Ertəsi gün onlarla dindar Bağdaddakı İsveç səfirliyi qarşısında aksiya keçirib. Onlar binaya basqın etmək istəsələr də, hüquq-mühafizə orqanları onları dağıdıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR