İnsanlara hürriyət, millətlərə istiqlal!

Rokun canlı əfsanələrindən biri vəfat edib

“Bon Jovi” qrupunun həmtəsisçisi, basçı Alek Con Saç 71 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Verilən xəbərlərdə musiqiçinin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Alek Saç 1983-1994-cü illərdə “Bon Jovi”də fəaliyyət göstərib. O, “Livin 'On a Prayer”, “You Give Love a Bad Name”, “Wanted Dead or Alive”, “Bad Medicine” və “Keep the Faith” kimi hitlərlə qrupun pərəstişkarlarına töhfə verib.

Saç “Rock and Roll Hall of Fame”-ın təqdimetmə mərasimində yenidən həmtəsisçisi olduğu qrupla bir araya gəlməsi ilə gündəmə gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR