İnsanlara hürriyət, millətlərə istiqlal!

Robert Köçəryanın və qohumlarının nələri varsa ƏLLƏRİNDƏN ALINIR

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarına əsasən, Robert Köçəryanın və ona bağlı olan 7 nəfərin (ailə üzvləri - həyat yoldaşı, uşaqları, onların həyat yoldaşları) əmlakına qarşı iddianın təmin edilməsi tədbirləri həyata keçirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Qərar 2023-cü il iyulun 13-də Baş Prokurorluğun Əmlakın Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında qəbul edilib.

Bildirilir ki, araşdırmanın ilkin nəticələrinə əsasən, Robert Köçəryan və yaxınlarına məxsus əmlaklardan aşağıdakılar qanunsuz hesab edilib və müsadirə oluna bilər:

Əsasən İrəvanın Kentron inzibati rayonunda yerləşən binalarda 20 daşınmaz əmlak vahidi.

2 maşın;

18 yerli və xarici şirkətlərdəki iştirak payı;

1,5 milyon ABŞ dollarından çox olan məbləğdə depozitlər və qiymətli kağızlar;

Fiziki və hüquqi şəxslərə kredit şəklində verilən təxminən 10 milyard dram (25 milyon 900 min dollar);

Təxminən 22 milyard dramlıq (56 milyon 993 min dollar), üçüncü şəxslərə ötürülən qeyri-qanuni mənşəli aktivlər;

Qeyd edək ki, 2021-ci il iyunun 5-nə müxalif “Ermənistan” blokunun lideri Robert Köçəryanın rəsmi göstərdiyi maliyyə aktivləri 980 milyon dram (2 milyon 500 min dollar) və ayrıca təxminən 2 milyon dollar təşkil edib.

Köçəryanın MSK-ya təqdim etdiyi əmlak bəyannaməsindən aydın olur ki, onun Xankəndində 196 kvadratmetrlik mənzilu, eləcə də İrəvanın Tsovakal İsakov küçəsində 1715 kvadratmetrlik fərdi yaşayış evi var.

Köçəryan Rusiyanın “AFK Sistema” konserninin müstəqil direktoru olmaqla yanaşı, onun səhmlərinin 0,0306%-nə sahibdir. “Sistema”nın direktorlarından biri olan Köçəryan təxminən 200 min dollar maaş alır. Onun bank depozitində 78 min dollar pulu və 29 milyon dram (75 min dollar) korporativ borcu var.

“Ermənistan” blokunun proporsional siyahısında yer alan Robert Köçəryanın oğlu Levon Köçəryanın İrəvanın Abovyan küçəsində mənzili və qarajı var. O, eyni zamanda Vazgen Sarkisyan 10 ünvanındakı ictimai məkanın ortaq sahiblərindən biridir. Bundan başqa Levon Köçəryan “Nairi” Sığorta şirkətinin 60% səhmdarıdır və şirkətdən 604,2 milyon dram (1 milyon 500 min dollar) gəlir, ayrıca 18 milyon dram (46 min 630 min dollar) maaş alır. Levon Köçəryan “Nairi Insurance”dən əlavə “Zemkominvest”də 50%, “Space Management” adlı şirkətdə 33,3% paya malikdir.

5 iyun 2021-ci il tarixinə onun vəsaiti 161 milyon dram (417 min dollar) və əlavə 395 min dollar təşkil edib. Köçəryanın Toyota RAV və Toyota Camry avtomobilləri də var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR