Onlayn ictimai-siyasi qəzet
Hollivud ulduzu Robert De Nironun nəvəsi Leandro De Niro Rodrigesin ölüm səbəbi məlum olub.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, 19 yaşlı gəncin ölümündən bir ay sonra Nyu-York şəhərinin tibbi ekspertizası onun qəbul etdiyi həblərin zəhərli təsirindən öldüyünü açıqlayıb.
Məlumatda bildirilir ki, Rodrigesin rəsmi ölüm səbəbi fentanil, bromazolam, allprazolam, 7-aminoklonazepam, ketamin və kokainin zəhərli təsiri olub. Adının açıqlanmasını istəməyən hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, Rodrigesə narkotik satmaqda ittiham olunan 20 yaşlı Sofiya Heyli Marks iyulun 13-də həbs edilib.
Xatırladaq ki, Robert De Nironun nəvəsi Leandro De Niro Rodriges iyulun 2-də Manhettendəki mənzilində ölü tapılıb.
Xalidə Gəray
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ