İnsanlara hürriyət, millətlərə istiqlal!

Acı qəhvə şirin həyat bəxş edir: Alimlər elə bir faydasını kəşf etdi ki...

Şəkər və yağ əlavələri olmayan qəhvə içmək vaxtından əvvəl ölüm riskini azalda bilər.

Belə bir qənaətə Tufts Universitetinin alimləri gəlib.

Onlar müəyyən ediblər ki, gündə 1-2 fincan qara qəhvə istənilən səbəbdən ölüm riskini 14 faiz azaldır.

Tədqiqatda 46 mindən çox insan iştirak edib. Məlum olub ki, qəhvəyə bir az şəkər (yarım çay qaşığı az) və qaymaq (1 xörək qaşığı qədər) əlavə etsəniz, müsbət effekt qorunur. Ancaq içki çox şirin və ya yağlı olarsa, faydaları yox olur.

Alimlər bildiriblər ki, son həd bir günə üç fincandır. Bu qədər içsəniz, təsir bir o qədər güclü olar. Bundan artıq içilərsə, verəcəyi fayda artmır.

Qeyd edək ki, tədqiqat həmçinin qəhvə istehlakı ilə xərçəngdən ölüm hallarının azalması arasında heç bir əlaqə tapmayıb.  (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR