İnsanlara hürriyət, millətlərə istiqlal!

Rey Kərimoğlu xəstəxanadan evə buraxıldı  

Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlunun Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müailcəsi başa çatıb və o, bu gün evə buraxılıb.

Musavat.com xəbər verir ki, R.Kərimoğlu müalicəsini bir müddət də ev şəraitində də davam etdirəcək.

"Hazırda özümü əvvəlkindən yaxşı hiss edirəm. Yataq rejimində təxminən 1 həftədə də evdə müalicə alacam. TƏBİB rəhbərliyinə, xəstəxananın həkimlərinə, xüsusən həkimim professor Sahib Hüseynova minnətarlığımı bildirirəm,"- deyə o bildirib.

Xatırladaq ki, R.Kərimoğlu iyulun 5-də hər iki ayağında damar mənşəli xəstəlik diaqnozu ilə Akademik Mirqasımov adına Rüspublika Klinik Xəstaxanasının II Cərrahiyyə şöbəsinə yerləşdirilmişdi.

Qeyd edək ki, R.Kərimoğlu 1991-93-cü illərdə Qarabağ döyüşlərində iştirak edib, iki dəfə minaya düşərək yaralanıb. Hər iki ayağından çoxsaylı qəlpə yarası alıb. O illərdən ayaqlarında qəlpələr hələ də qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR