Onlayn ictimai-siyasi qəzet
Ermənistan üçün yaranmış vəziyyətin həlli danışıqların məntiqinin və danışıqları aparanın (Paşinyan-red.) dəyişməsindən keçir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə avqustun 31-də Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında keçirilən mitinqdə “Ana Ermənistan” blokunun proporsional siyahısına rəhbərlik edən Andranik Tevanyan danışıb.
Erməni müxalifətçinin sözlərinə görə, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi şifahi tanınması burada yaşayan ermənilərə, eləcə də Ermənistan Respublikasının maraqlarına ciddi ziyan vurub.
“Hazırkı iqtidarın bu cür tezislər səsləndirməyə və belə bir siyasət həyata keçirməyə legitimliyi yoxdur”, - deyə Tevanyan bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ