Onlayn ictimai-siyasi qəzet
“Daşnaksütyun” partiyası ümumerməni etirazına çağırış edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə daşnakların İdarə Heyətinin üzvü İşxan Saqatelyan mətbuat konfransında bildirib.
Saqatelyan Ermənistan, Qarabağ erməniləri və diaspor üçlüyünün dirçəldilməsinin zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanla bağlanacaq istənilən müqavilə və ya sənəd qeyri-legitimdir: “Biz bütün fikirlərimizi bütün qüvvələrlə müzakirə edəcəyik və mübarizənin yeni mərhələsinə başlayacağıq”.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ