Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın hədəfi Ermənistanın dövlətçiliyini aradan qaldırmaqdır.
Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, revanşist “Ayakve” təşkilatı Azərbaycanın məqsədinin Ermənistanın dövlətçiliyini aradan qaldırmaq olduğunu vurğulayıb.
Təşkilatın yaydığı bəyanatda qeyd edilir ki, "Müharibə qorxusunu daim başımızın üstündə dəyənək kimi yelləyən Azərbaycan, Ermənistanın suverenliyi bahasına bizə güzəştə getməyə məcbur edir. Onun tələbləri artır. İndi Bakı, Ermənistanı İran və Gürcüstanla birləşdirən strateji əhəmiyyətə malik əraziləri (Azərbaycanın qanuni torpaqları - red.) ekstraterritorial əsasda dəhliz, böyük hərbi cərimələr, azərbaycanlı qaçqınların Ermənistana köçürülməsi, erməni silahlı qüvvələrinin əhəmiyyətli dərəcədə azaldılması və demilitarizasiyasını tələb edir.
Bütün bunlar Ermənistanın suverenliyinin məzmununu təşkil edən hallardır. Azərbaycana qarşı milli və ümumerməni mübarizə başlanmalıdır".
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ