İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Abramyan: Paşinyan Ermənistanın zəncirvari məğlubiyyətlərini nailiyyət hesab edir

Ermənistanda hakimiyyətin başında duran şəxs son 7 ildə heç nəyi güzəştə getmədiyini, Ermənistanın daha müstəqil və suveren olduğunu bəyan edəndə, yalnız ilk baxışdan elə görünür ki, biz kosmik miqyaslı yalançı ilə qarşılaşırıq.

Musavat.com erməni mediasına istinadən  xəbər verir ki,  bu barədə “Facebook” sosial şəbəkəsində parlamentin “Mənim şərəfim var” fraksiyasının katibi, revanşist siyasətçi Tiqran Abramyan yazıb.

“Bu, Paşinyan iqtidarının ard-arda məğlubiyyətlər zəncirini, və bütün cəbhələrdə uğursuzluğu nailiyyət hesab etdiyini bir daha təsdiqləyir.

Biz (erməniləri nəzərdə tutur-red.) Ermənistana və erməni xalqına xəyanət edilməsi nəticəsində bu faciəli həddə çatmışıq və buna görə məsuliyyət daşıyanlar bunu öz ictimai bəyanatları və mütəmadi olaraq səsli etirafları ilə təsdiqləyirlər”, - deyə erməni deputat yazıb.

Dünən Respublikanın baş naziri Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində heç nəyə boyun əymədiyini, əksinə Ermənistanın daha müstəqil və suveren olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR