İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Ankara: Türkiyə İsveç üçün NATO qapısını bağlamayıb

Türkiyə Şimali Atlantika Alyansının qapısını İsveç üçün bağlamayıb.

APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NTV telekanalına müsahibəsində İsveçin NATO-ya daxil olması ehtimalını dəyərləndirərkən deyib.

Kalın, “İsveç üçün NATO-nun qapısını bağlamadıq” deyib. O qeyd edib ki, İsveçin NATO-ya daxil olması prosesi antiterror qanunu qüvvəyə mindikdən sonra ölkənin hansı addımlar atacağından asılı olacaq. O, həmçinin bildirib ki, Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması üçün heç bir maneə yoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR