Onlayn ictimai-siyasi qəzet
“Zirə”də keçirdiyim ilyarımı unuda bilmərəm.
Orada xoş günlərim keçib, hamı ilə qarşılıqlı hörmətimiz olub”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın yayda heyətinə cəlb etdiyi Hamidu Keyta sabiq komandası haqda danışarkən deyib.
Fransalı vinger “qartallar”ın aparıcı simalarından hesab olunurdu. Vurduğu qollar, verdiyi məhsuldar ötürmələrlə “Zirə”ni çiyinlərində daşıyırdı. Lakin yayda çoxlarının gözləmədiyi halda “Qarabağ”la anlaşdı.
Deyilənə görə, Keytanın parladığı komandaya arxa çevirməsi baş məşqçi Rəşad Sadıqovun ürəyincə olmayıb. 41 yaşlı çalışdırıcı “14 nömrə”ni növbəti mövsüm üçün planlarına daxil edibmiş. Ancaq qəfil gediş arada incikliyə səbəb olub.
Hamidu məsələ ilə bağlı bunları söyləyib:
“Xeyr, qətiyyən! Belə bir şey yoxdur, ola da bilməz. Rəşad mənim böyük qardaşımdır.
“Zirə”dən ayrılmamışdan əvvəl onunla danışmışdım. Bu gün da danışırıq, münasibətimiz qaydasındadır. Heç bir problem yoxdur”.
28 yaşlı futbolçu 2022-ci ilin yanvarından 2023-cü ilin mayına qədər zirəlilərin heyətində meydana çıxdığı 54 oyunda 15 qol vurub, 12 məhsuldar ötürmə verib.
O, yaydan bu yana formasını geyindiyi “Qarabağ”da 16 matçda 3 qol və 2 assistlə yadda qalıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ