İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəşad Mahmudov: "dərman qiymətləri durmadan yüksəlir”

Milli Məclisin növbəti plenar iclası Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb. Deputat Rəşad Mahmudov cari məsələlərə ayrılan vaxtda söz alaraq əhalini narahat edən problemdən bəhs etdi.

O bildirdi ki, son zamanlar ölkəmizdə bəzi dərman vasitələrinin tapılmaması halları artıb: “Dərman qıtlığı və xəstələrin, həkimlərin düşdüyü vəziyyət ciddi və təcili tədbirləri zəruri edir. Səbəblərdən biri bizdən asılı olmayan beynəlxalq vəziyyətdir. Digəri isə ölkədaxili səbəblərdir”.

Deputat qeyd etdi ki, bəzi təşəbbüslər, müzakirələr olsa da, hələlik problem öz həllini tapmır. R.Mahmudovun sözlərinə görə, xüsusilə pandemiyadan sonra dünyada yaranmış vəziyyət, istehsal və daşıma xərclərinin artması dərman vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb. İkinci səbəb isə Rusiya-Ukrayna müharibəsidir: “Nəticədə dərman qiymətləri durmadan yüksəlir”.

R.Mahmudov bildirdi ki, dünyada dərman istehsalı ilə özəl şirkətlər məşğul olur, dövlət tənzimləyici funksiyanı yerinə yetirir. Deputat əlaqədar qurumları bu problemin həlli istiqamətində addımlar atmağa çağırdı.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR